İcarəyə verilir 9 otaqlı ofis 330 m², Nəsimi r.
Tibb Universitetinin tam yaxınlığında, Həsən Əliyev küçəsində yerləşən biznes plazada, 7 mərtəbəli binanın 5-ci mərtəbəsində tam təmirli və əşyalı ofis aylıq 4500 AZN-ə icarəyə verilir. Ümumi sahəsi 330 kv.m olan bu geniş ofis 9 otaqdan ibarətdir və işçi heyətinin rahatlığı üçün hər bir lazımi avadanlıq, mebel dəstləri, sürətli internet xətti, mərkəzi havalandırma və istilik-soyutma sistemləri ilə tam təmin olunub. Biznes plazada 24/7 mühafizə, resepsiyon xidməti və sürətli liftlər mövcuddur. Ofis şəhərin ən hərəkətli və prestijli biznes zolağında yerləşir. Obyektin tam ətrafında Azərbaycan Tibb Universiteti, 1 saylı ASAN xidmət, Ege Hospital, Olimpik Star idman və əyləncə mərkəzi, 1 saylı Şəhər Klinik Xəstəxanası (Semaşko), Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 4-cü korpusu, Kapital Bank və ABB filialları, notariat kontorları, avtobus dayanacaqları, Bravo, Araz supermarketləri, çoxsaylı məşhur kafe və restoranlar fəaliyyət göstərir. Geniş struktura və yüksək nüfuza malik bu məkan holdinqlər, şirkət nümayəndəlikləri, İT şirkətləri, vəkil büroları, tədris və ya loqistika mərkəzləri üçün ideal seçimdir.