Sumqayıt şəhəri, Dənizkənarı Bulvar ərazisində yerləşən Mirvari City yaşayış kompleksində 2 otaqlı studio tipli mənzil satışa çıxarılıb. Mənzil 9 mərtəbəli yeni tikili binanın 6-cı mərtəbəsində yerləşir, ümumi sahəsi 75 kv.m-dir. Yelçəkən mənzildir, həm həyətə, həm də dənizə gözəl mənzərəsi var. Binada artıq yaşayış mövcuddur, mənzili alıb təmirə başlamaq mümkündür. Qaz, su və işıq daimidir. Bütün sənədləri qaydasındadır. Kompleksdə market, bağça və digər zəruri iaşə obyektləri mövcuddur.