YENİ RAMANA | QANUNİ 4 OTAQ | TAM ƏŞYALI + ELEKTRONİKA DAXİL!
Yeni Ramana ərazisində qanuni 4 otaqlı, yeni təmirli və tam əşyalı mənzil satılır.
Mənzil 9 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir. Cəmi 2 aydır yaşayış olub. Mebel və elektronika yenidir və satış qiymətinə daxildir.
Otaq: Qanuni 4 otaq
Mərtəbə: 3/9
Təmir: Yeni
Sənəd: Çıxarış (Kupça)
İstilik sistemi: Kombi
Əşyalar: Tam əşyalı + elektronika daxil
Mətbəxin və 2 yataq otağının ayrıca balkonu mövcuddur.
Mənzildə xüsusi sifarişlə hazırlanmış mebellər, yataq dəstləri, şkaflar, masa-stul, TV və digər məişət əşyaları mövcuddur. Elektronika da daxil olmaqla əşyaların demək olar hamısı yenidir.
Qaz, su və işıq daimidir.
Bina yol kənarında, nəqliyyat baxımından əlverişli ərazidə yerləşir. Binanın qarşısından 2 avtobus xətti keçir. Yaxınlıqda məktəb, bağça, supermarket və digər zəruri infrastruktur mövcuddur.
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlayın.
Xidmət haqqı: 1%