📍 Elmlər Akademiyası, Zahid Xəlilov küçəsi
Renessans Palace Yaşayış Kompleksi
Renessans Palace-da 1 otaqdan 2 otağa düzəldilmiş, 68 m² sahəsi olan əla təmirli mənzil satışa çıxarılıb.
Mənzil 18 mərtəbəli binanın 15-ci mərtəbəsində yerləşir. Təmirdən sonra yaşayış olmayıb və bütün əşyaları ilə birlikdə satılır. Kupçası var.
Kompleks yüksək standartları və infrastrukturu ilə seçilir. Mərkəzləşdirilmiş istilik sistemi, geniş və təhlükəsiz həyət, 3 mərtəbəli yeraltı parkinq, 2 sürətli Sigma lifti, 24 saat mühafizə və kamera sistemi mövcuddur. Həyətdə uşaq meydançası, tennis və basketbol meydançaları, qaçış və velosiped zolaqları yerləşir. Birinci mərtəbədə supermarket və müxtəlif obyektlər fəaliyyət göstərir.
Yüksək mərtəbə, təmirdən sonra ilk yaşayış, tam əşyalı və kupçalı mənzil axtaranlar üçün çox yaxşı seçimdir.
Ətraflı məlumat və baxış üçün əlaqə saxlaya bilərsiniz.
Ofis haqqı: 1%