Memar Əcəmi metrosuna cəmi 7 dəqiqəlik məsafədə yerləşən, tam təmirli və əşyalı, fəaliyyətə tam hazır vəziyyətdə olan 265 kv.m ofis icarəyə verilir. Ofisdə 9 tam təchiz olunmuş otaq, direktor otağı, mətbəx, 3 sanitar qovşaq, qarderob və yardımçı otaq mövcuddur. 2 müstəqil girişi, yanğın təhlükəsizliyi sistemi və təhlükəsizlik kameraları var.
Ofis bütün mebel və avadanlıqları ilə birlikdə təqdim olunur və əlavə xərc çəkmədən dərhal fəaliyyətə başlamaq mümkündür. İstək olduğu halda, öz tələbə bazasına malik olan təcrübəli müəllimlərin fəaliyyətini davam etdirməsi də mümkündür.
Ofisin yerləşdiyi ərazinin 500 metr radiusunda 5-6 ümumtəhsil məktəbi, Zərifə Əliyeva adına park, Memar Əcəmi metrosu, marketlər, apteklər, restoranlar, coffee shoplar, bank filialları və digər xidmət obyektləri yerləşir. Ərazi yeni müştəri və tələbə bazasının formalaşdırılması üçün əlverişli lokasiyadır.
Aylıq icarə haqqı 5000 AZN-dir. Ətraflı məlumat və obyektə baxış üçün əlaqə saxlaya bilərsiniz.