Satılır 4 otaqlı yeni tikili 152 m², 28 May m.
28 May metrostansiyasının yaxınlığında, Port Baku və şəhərin mərkəzinə əlverişli məsafədə yerləşən premium layihəli yaşayış kompleksində yüksək səviyyədə təmir olunmuş 4 otaqlı mənzil satışa çıxarılıb.
Ümumi sahəsi 152 kv.m olan mənzil təmirdən yeni çıxıb və təmir zamanı yalnız yüksək keyfiyyətli materiallardan istifadə olunub. Mənzil müasir dizaynı, geniş və funksional planlaması, prestijli yerləşməsi və qarşısıalınmaz mənzərəsi ilə seçilir.
Mənzil geniş giriş holu, studio formatında qonaq otağı, 3 yataq otağı, 2 sanuzel və eyvandan ibarətdir. Tam əşyalı şəkildə satışa təqdim olunur və yeni sahibinin əlavə xərc çəkmədən köçüb yaşaması üçün tam hazır vəziyyətdədir.
Ətrafında Port Baku, 28 May metrosu və şəhərin əsas infrastrukturu yerləşdiyindən həm komfortlu yaşayış, həm də gələcək investisiya baxımından əlverişli seçimdir.
Sənədləri qaydasındadır, hazırda müqavilə ilədir. Çıxarışın yaxın zamanda verilməsi gözlənilir.
Ofis haqqı 1% təşkil edir.